03.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəhər kitabxana filal işçiləri, Goranboy rayon Heydər Əliyev Mərkəzində 03 noyabr 2022-ci ildə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Goranboy nümayəndəliyinin əmkədaşları ilə birlikdə 08 Noyabr Şuşanın azad olunması, Zəfər Günü münasibətilə “Azərbaycanın Tarixi Qələbəsi” adlı dəyirmi masa keçirdilər.
Dəyirmi masada Goranboy rayon Qarasüleymanlı kənd sakini 1-ci Qarabağ müharibəsinin səhidi Rəsul Ağakişiyev adına İTİT-n Goraboy rayon Gimnaziyanın şagirləri iştirak etdilər. Dəyirmi masanı giriş sözü ilə Şəhər Filial Kitabxana mülti media mütəxəssisi Kəmalə İsmayılova açıq elan edərək, Azərbaycanın mənfur ermənilər tərəfindən işğal olunmuş torpaqlarının azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş, şəhidlərin ruhunu bir dəqiqəlik ayaq üstə sükutla yad edilməsini xahiş etdi şəhidlərə rəhmət qazilərə can sağlığı arzuladı və 44 günlük müharibədə Azərbaycanının Ali Baş Komandanı cənab İlham Əliyevin irəli sürdüyü düzgün siyasət nəticəsində Milli Ordumuzun igidlərinin hərbi yolla, torpaqlarmızı işğaldan azad etməsindən danışdı. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Goranboy nümayəndəliyinin direktor əvəzedici Rufan Tapdıq oğlu Feyzullayev Zəfər Günü münasibətilə iştirakçıları təbirik etdi və Zəfər Günü haqqında dəyirmi masa iştirakçılarına məlumat verdi. 44 günlük müharibədə könüllü iştirak etmiş, Goranboy rayon Tatarlı kənd sakini müharibə iştirakçısı müharibədən sonra Dövət tərəfindən 2 medalla təltif olmuş, Ələkbərov Ayxan Xaliq oğlu keçdiyi döyüş yolundan söhbət açdı.Gimnaziyanının şagirdlərindən Ələkbərova Aytac Emin qızı və Xəlilov Məmməd Vaqif oğlu Zəfər Gününə aid şeir söylədilər. Dəyirmi masa Heydər Əliyev Mərkəzindəki şəhidlərin əziz xatirəsinə düzəldilmiş “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı lövhə qaşısında şəkil çəkdirməklə başa çatdı.